Ödənişsiz və azad internetə çıxış əldə edin
Outline hər kəs üçün ödənişsiz və azad internetə çıxış imkanı verən VPN serveri yaratmağı asanlaşdırır.
Outline əldə edinİnternet senzurası son on ildir durmadan artmaqdadır.
Outline hər kəsə şəxsi VPN-i idarə etmək imkanı verməklə ödənişsiz və azad internetə daha təhlükəsiz giriş təmin edir. Şəxsi VPN serverinizi Outline vasitəsilə idarə etmək internetə girişi daha təhlükəsiz hala gətirir və bloklanması daha çətin olan əlaqə yaradır.
VPN-dən niyə istifadə etməliyik?
VPN-lər kommunikasiyalarınızı məxfi saxlamaq üçün faydalıdır, həmçinin azad internetə daimi çıxış imkanı verir. Lakin əksər VPN provayderlərində VPN-ə kimin nəzarət etdiyi və datanıza kimin girişi olduğuna dair məlumata hər zaman sahib olmursunuz.
Şəxsi VPN serverini yaratmaq indiyə qədər mürəkkəb bir proses idi.
Niyə Outline?
Outline hər kəsə öz VPN şəbəkəsini yaratmaq, idarə etmək və paylaşmaq imkanı verən məhsuldur. Outline-ın quruluşu bloklanmaya davamlıdır. Tətbiq serverinizin yerləşdiyi yer də daxil olmaqla onun quraşdırılmasına nəzarət etməyə imkan verir. Outline şəffaf texnologiyadan istifadə edir, tamamilə açıq mənbədir və texnologiyasının müasir, həmçinin təhlükəsiz qaldığına əmin olmaq üçün iki təhlükəsizlik firması tərəfindən yoxlanılıb.
Bloklanmaya Davamlı
Outline DNS, kontent və IP bloklanması da daxil olmaqla ən mürəkkəb bloklama formalarından bəzilərinə davamlıdır. İstifadəçilər Outline-ın digər populyar VPN-lər bloklandıqda və ya qoşula bilmədikdə belə işlədiyini bildirir.
Miqyas
Birbaşa Outline Manager-dən Outline serverinizə girişi asanlıqla paylaşın. Manager masaüstü tətbiqindən unikal giriş açarları yaradaraq e-poçt və ya sosial media vasitəsilə etibar etdiyiniz şəbəkə ilə paylaşın. Outline vasitəsilə yüzlərlə istifadəçiyə serverinizə giriş imkanı verməklə onlara dəstək ola bilər və ya girişi sadəcə yaxınlarınızla paylaşa bilərsiniz.
Nəzarət
Outline sizə şəxsi serverinizə nəzarət etmək imkanı verməklə internetə girişinizi idarə etmək imkanı verir. Tətbiq sizə serverinizin harada yerləşdiyi və ona kimin giriş edə biləcəyi ilə bağlı qərar vermək imkanı verir. Outline Manager tətbiqi serverinizə Client App vasitəsilə giriş edən hər bir istifadəçi üçün data limitləri təyin etməyə imkan verir.
Birlikdə İşləyən İki Məhsul
Outline hər ikisi Outline SDK vasitəsilə ən müasir, əsas texnologiyamızla təchiz edilmiş iki məhsuldan ibarətdir.
Outline Manager şəxsi VPN serveri yaratmağı asanlaşdırır. Şəxsi serverinizi quraşdıraraq giriş açarlarını birbaşa masaüstü tətbiqdən paylaşın. Outline Manager bütün masaüstü sistemlərdə əlçatandır.
Outline Client VPN-ə girişi şəbəkənizdəki hər kəslə paylaşmağa imkan verən sadə, istifadəsi asan tətbiqdir. Bütün cihazlarınızı qorumaq üçün tətbiqi mobilə və ya masaüstünə endirin. Serverinizə Outline Manager vasitəsilə yaradılan unikal giriş açarınızdan istifadə edərək qoşulun.
Tətbiqlərinizi və VPN alətlərinizi şəbəkə səviyyəsində müdaxilədən qorumaq üçün Outline-ın təkmil şəbəkə strategiyalarından istifadə edən platformalararası kitabxana və alətlər dəstini kəşf edin.
İşə başlayınEtibarlı İnternet
Outline açıq mənbədir, həmçinin Radically Open Security (2018, 2022) və Cure53 (2018, 2024) tərəfindən yoxlanılıb.
getoutline.me veb-saytı və əlaqəli Telegram kanalı "@OutlineVpnOfficial" Outline komandası ilə bağlı deyil və giriş açarları ilə bağlı problem yaşayan istifadəçilərə bu xidmətlərdən köməklik göstərə bilmərik.